Laçın-Xankəndi yolundakı son vəziyyət: nələr baş verir?
Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış nəzarət-buraxılış məntəqəsindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar məqsədlər üçün istifadəsinə şərait yaradılıb.
APA-nın əldə etdiyi məlumata görə, BQXK-ya məxsus avtomobillərin keçidi zamanı sənədlər prosedura uyğun olaraq yoxlanılır.
Bundan sonra isə onların sərbəst şəkildə keçidinə şərait yaradılır.
Qeyd edək ki, BQXK-nın Ermənistandakı nümayəndəliyinin əməkdaşı Zara Amatuni aprelin 29-dan etibarən təşkilat tərəfindən humanitar daşımaların dayandırıldığını deyib. Buna səbəb olaraq isə bəzi prosedur qaydaların icra edilməsi barədə müzakirələrə ehtiyac olduğunu göstərib.
Ermənilər isə iddia edir ki, nəzarət-buraxılış məntəqəsindən humanitar məqsədlər üçün istifadə edilməsinə guya Azərbaycan tərəfi əngəl yaradır.
Lakin videodan da göründüyü kimi, Azərbaycan sərhədçiləri BQXK-nın humanitar daşımalarına hər hansı əngəl törətmir, sənədləri yoxlayaraq nəzarət-buraxılış məntəqəsindən sərbəst keçid üçün şərait yaradır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi