Laçına köçürülən daha 81 sakinə evlərinin açarları təqdim olunub

# 19:15
22 noyabr 2023

Laçına köçürülən ailələr artıq doğma yurdlarına çatıb. Səhər saatlarında Bakı şəhərindən yola düşən 81 nəfərdən ibarət 21 ailə artıq Laçın şəhərinə çatıb. Ailələr qarşılandıqdan sonra evlərin açarlarının təqdim edilmə mərasimi keçrilib. Bununla da Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd edək ki, köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Emin Babayev, Fəzail Səfərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR