Laçında partlayış: Fəhlə minaya düşdü
Bu gün saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində 30 yaşlı Pərvin Salahovun piyada əleyhinə minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Laçın rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışan Pərvin Salahovun minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu