Laçını tərk edən ermənilər görün şəhəri nə hala saldı

# 16:10
18 avqust 2022

 

Azərbaycanın Laçın şəhərində, habelə Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilər avqustun sonuna kimi ərazini tərk etməlidir. Çağırılmamış qonaqlar bu tələbə uyğun olaraq artıq bir neçə gündür ki, ərazidən köçməyə başlayıb. Lakin bu köç erməni xislətinə uyğun olan vandalizmlə müşayiət olunur. Ərazini tərk edən ermənilər 30 il qeyri-qanuni zəbt etdikləri evləri, tikililəri yandırır, dağıdır, meşələrə, ağaclara od vurur. APA TV-nin Qarabağ bürosu bu gün Laçın şəhərində olub, şəhərdə baş verənləri lentə alıb. Çəkiliş qrupumuz köçün davam etdiyi Laçında da erməni vandalizminin, vəhşiliyinin yaratdığı ürəkağrıdan mənzərənin şahidi olub. Şəhəri tərk edən ermənilər evlərin qapı-pəncərələrini, damlarını söküb, tikililəri dağıdıb. Laçını tərk edən ermənilərin şəhərdə və ya əraziyə yaxın meşə zolağında yeni yanğın törətməsinin qarşısının alınması məqsədilə Rusiya sülhməramlılarının postu yaxınlığında yanğınsöndürən maşınlar növbə çəkir. Bununla yanaşı, sülhməramlıların helikopterləri də uçuşlar edərək havadan əraziyə nəzarət edir.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR