Laçını yandıran ermənilərə niyə söz deyən yoxdur? – DÜNYA YENƏ SUSUR

# 18:23
16 avqust 2022

 

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə uyğun olaraq, Azərbaycan tərəfi Laçın dəhlizinə paralel yeni yolun tikintisini həyata keçirdi və Ermənistan tərəfindən Laçında qanunsuz olaraq məskunlaşdırılan ermənilərə şəhəri, eləcə də dəhliz üzərindəki 3 kəndi boşaltmaq üçün avqustun sonunadək vaxt verildi. APA TV xəbər verir ki, ərazini tərk edən ermənilər isə meşələri, əkin sahələrini və hətta evləri yandırır, üstəlik bu vandallığı videoya çəkib sosial şəbəkələrdə paylaşırlar. Ermənilər bu əməllərini kəndin Azərbaycanın nəzarətinə qayıtması ilə əsaslandırır və evlərin türklərə qalmaması üçün belə etdiklərini deyirlər. Bu mənzərədən sonra aydın olur ki, Xankəndidəki cinayətkar dəstənin "ərazi və infrastruktur naziri" Hayk Xanumyanın “evlər yandırılsa, kompensasiya verilməyəcək” açıqlaması ya ikibaşlı olub, ya da xəlvətdə soydaşlarına “çıxdığınız yerləri yandırın” çağırışını edib. Qondarma qurumun ərazi üzrə erməni icmasının qondarma rəhbəri Artak Abrahamyan isə erməni mediasına açıqlamasında evlərin yandırılmasının kompensiyasiyanın verilməməsinə aidiyyəti olmadığını deyib. Görünür, ermənilər həm də hər hansı beynəlxalq hüquqa əhəmiyyət vermədiklərini göstərmək istəyiblər. Çünki təbii ərazilərin yandırılması birbaşa humanizmə qəsd, ekoloji terrordur. Demək olar ki, Azərbaycanın beynəlxalq hüquqla tanınmış həmin ərazilərində analoji hal artıq adiləşməyə çevrilir. Xatırlayırsınızsa, ermənilər Laçını işğal edərkən də, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatdan sonra ərazilərimizi tərk edərkən də hər yeri yandırır, meşələri doğrayır, ətrafı talan edirdilər. Məsələ ilə bağlı APA TV-yə açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli də deyir ki, ermənilər işğal vaxtı da, işğaldan sonra da təbiətlə cinayətkarcasına davranıblar. O əlavə edib ki, törədilənlərin vandalizm olduğuna baxmayaraq, beynəlxlaq hüquqi və siyasi qurumlar susmağa üstünlük verirlər: “Beynəlxalq təşkilatlar, o cümlədən də insan haqları, ekoloji, siyasi qurumlar bu məsələni diqqətdə saxlamalıdılar. Çünki Azərbaycana dəyən ziyanın ölçülməsi ilə bağlı bir çox qurumlar susmaqdadırlar. Dünyanın gözü qarşısında Laçın dəhlizi boyunca ərazilər, yandırılıb məhv edilir. Hətta çoxillik ağaclar yox edilir. Onların təbiətə və insanlığa qarşı nifrəti tamamilə yeni bir cinayət növüdür. Hesab edirəm ki, bu onların cinayətkar olmasının dünyanın gözü qarşısındakı isbatıdır.” Siyasi şərhçi onu da əlavə edib ki, qısa müddətdə erməni vandalizminin, cinayətkarlığının cəzalandırılması ilə bağlı da beynəlxalq məhkəmələr qarşısında ciddi işlər qaldırılmalıdır. Deputat Cavid Osmanov da 90-cı illərin əvvələrini və 2020-ci ilin sonlarını xatıralayaraq bildirib ki, erməni xisləti yenə də öz işini görməkdədir. O əlavə edib ki, Ermənistan siyasətinin mərkəzində terrorçuluq dayanır və 30 il keçməsinə baxmayaraq, onların terrorçu xisləti, erməni vəhşiliyi dəyişməyib: “Erməni vandallığını bir daha bütün dünya görür. Onlar Laçın şəhərini tərk etməzdən əvvəl baxmayaraq ki, onlara xəbərdarlıq edilmişdir ki, ziyan vursalar onlara kompensasiya verilməyəcək, yenə də evləri, meşələri yandırırlar, ətrafda nəyə mümkündür ziyan vururaraq əraziləri tərk edirlər. Eləcə də 1992-ci ildə də Laçını işğala məruz qoyduqları zaman da erməni vəhşiləri tərəfindən burada yenə də meşələri, evləri yandırırdılar. Bu onu göstərir ki, 30 il keçməsinə baxmayaraq erməni xisləti yenə də öz işlərini görür,çünki Ermənistanın siyasətinin mərkəzində terrorçuluq dayanır və bu terrorizm də Azərbaycana qarşı həyata keçirilməkdədir. 30 il keçməsinə baxmayaraq onların terrorçu xisləti, erməni vəhşiliyi yenə də dəyişməyib, tam əksinə onlar nə qədər mümkündür, şəhərlərimizə, ekologiyamıza, evlərimizə zərər vururlar.” Beynəlxalq ictimaiyyətin susqunluğunu qınayan deputat onu da bildirib ki, artıq bu vandallığın qarşısının alınması üçün Ermənistana ciddi təzyiqlər göstərilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR