Laçınlı ailələr öz doğma yurd yerlərində

# 09:55
20 iyun 2023

Didərgin düşdükləri yurdlarında daimi yaşamaq üçün yola çıxan ailələr mənzil başına çatıb. Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınan 13 laçınlı ailə daimi qeydiyyat ünvanlarına çatıblar. 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələrinin hücumu nəticəsində bütün mülklərini və eləcə də dədə - baba torpaqlarını qoyub çıxmaq məcburiyyətində qalan laçınlı ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə yerləşdirilib. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Laçın şəhərini 2022-ci il avqustun 25-də boşaldıb. Şəhər Azərbaycan Ordusunun nəzarətinə keçdikdən sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə yenidən tikilməyə başlayıb. Ermənilərin şəhəri tərk etdiyi zaman yandırdığı və dağıtdığı bütün evlər yenidən tikilib. May ayının 28-dən bu günə Laçın şəhərində 55 ailənin, yəni 213 nəfərin daimi məskunlaşması təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR