Laçınlı müəllim: “Mənim dərs dediyim məktəb gör nə gündədir”

# 22:47
27 avqust 2021

Laçın rayonunun 30- dan artıq sakini Laçına səfərə  edib. Laçınlılar doğma ocaqlarına Kəlbəcərdən keçməklə gediblər.

Uzun illərin işğalından sonra rayon sakinləri ilk dəfə Zülfüqarlı kəndindəki istisuda olublar.

Səfər çərçivəsində onlar Laçın rayonunun Qorçu kəndində, ata-baba yurdlarında olub, doğma kəndlərini  və evlərini ziyarət ediblər.

Muxtar Həşimov  Qorçu kənd tamam orta məktəbində müəllim işləyib. O bu gün məktəbi  dağılmış vəziyyətdə görəndə danışmağa söz tapmadı.

Həmçinin onlar səfərləri zamanı  Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Qorçu kəndi ərazisində  təməli qoyulan Laçın Beynəlxalq Hava Limanında da olublar.

Fərrux Abdullayev Laçın rayonun Nağdallı kəndində anadan olub. Onun  atası Ballıqaya  faciənin qurbanı olub. Anası isə yaralanıb. Müsahibimiz deyir ki, həmin vaxt 1 ana 6 körpəsi ilə qətlə yetirilib.

Qeyd edək ki, Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən Ballıqaya qətliyamından 29 il keçir. 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları Laçın rayonundan məcburi köçkün düşən və Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 nəfər azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib, 9 nəfəri yaralayıblar. Qətlə yetirilənlərin arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub. 3 azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov

APA TV Laçın

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR