Lavrov-Kuleba danışıqları necə keçib?

# 15:08
10 mart 2022

Rusiyanın xarici işlər naziri Sergey Lavrov təxliyə məsələsində öhdəlik götürmədi.

 

APA TV-nin müxbiri xəbər verir ki, bunu üçtərəfli görüşdən sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

 

O, görüşdə 24 saatlıq atəşkəs məsələsinin müzakirə olunduğunu vurğulayıb.

 

Danışıqların ağır keçdiyini qeyd edən XİN başçısının sözlərinə görə, atəşkəslə bağlı razılıq əldə olunmayıb.

 

Nazir Kuleba bu formatda danışıqların davam etdirilməsinin vacibliyinə də toxunub.

 

Dmitri Kuleba bildirib ki, müharibəni dayandırmalıyıq: “Amma bizə hücum edən ölkə və dövlət bunu istəmirsə, müharibəni dayandırmayacağıq. Mənim təəssüratım odur ki Rusiya atəşkəs istəmir. Onlar Ukraynanın təslim olmağını istəyirlər. Ukrayna güclüdür, biz onların planlarını alt-üst etdik. Biz balanslı şəkildə diplomatik həllə hazırıq, amma təslim olmayacağıq”, - deyə Kuleba qeyd edib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR