Lavrov Zelenskini Rusiyaya səfərə dəvət etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiyaya səfərə dəvət edib.
APA TV-nin xəbərinə görə, Rusiya xarici işlər naziri bu barədə yerli radiostansiyalara müsahibəsində bildirib.
O qeyd edib ki, əgər Vladimir Zelenski Rusiya ilə münasibətləri normallaşdırmaq məsələsini müzakirə etmək istəyirsə, Rusiya tərəfi buna hazırdır. Zelenski Moskva, Soçi və ya Sankt-Peterburqa gələ bilər.
“Lakin o, əgər Donbası müzakirə etmək istəyirsə, “Normandiya formatı”nın qərarına əsasən, birbaşa Kiyev və Donetsk, Kiyev və Luqansk arasında bütün nizamlanma məsələlərini nəzərdən keçirən təmas qrupuna müraciət etsin”, - deyə Lavrov vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib