Lənkəran su altında: Kəndlilər qan ağlayır

# 15:29
24 mart 2022

Lənkəranın Boladi kəndi ilə yanaşı Qumbaşı kəndində də sel suları fəsadlar törədib.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, mart ayının 20-dən etibarən Liman şəhəri və xüsusən də şəhərin ərazi dairəsinə daxil olan Qumbaşı kəndində sel suları evlərə və təsərrüfatlara ziyan vurub. Buna səbəb intensiv yağan yağışlar nəticəsində Masallı rayonundan gələn Kor çayının məcrasından çıxması olub. Nəticədə 100-dən çox həyətyanı sahəni və evlərin zirzəmisini su basıb. Sakinlər yaranış sel nəticəsində təsərrüfatlarına ciddi ziyan dəydiyini bildirirlər:

- Görürsünüz bizim vəziyyəti. Biz suyun altındayıq, ev çartlayıb, evə su girib, toyuq-cücəyə zərər dəyib, özümüzə də zərər dəyib. Özümüz qayıqla keçirik, dörd gündür bu vəziyyətdəyik. Ev yatıb

- Toyuq-cücəm boğulub, hində göstərə bilərik oradadır. Qoyun ölüb, quzu ölüb, orada göz qabağındadır, gedəndə çəkin qoy görsünlər. Məndən başqa da əmimgil, əmim uşaqlarının evləridir, hamısı sel, su içindədir.

- Uşaqları çıxartmışıq evdən, yaşamaq mümkün deyil burada. Çaylar var vaxtında qazılmalıdır, vaxtında müraciət edirik, qazmırlar. Buna baxılmalıdır, heç kim baxmır. İndi biz nə edək? 28-i qardaşımın toyudur hər şey danışılıb, qalmışıq avara suyun içində, bilmirik nə edək.

-Toyuq-cücələrimiz qırılıb, bir malım boğulub suda, aparıb basdırmışam, ev-eşik hamı suyun içindədir evin altı  hamı bu vəziyyətdədir. Kənd hamısı bu gündədir. Tövlələrimiz hamısı suyun içində, nəmişlik çıxıb yuxarıya kimi hamısı sudur.

- Su indi yatıb, bax buradan gəlirdi su. Qayıq yox idi, çəkmə boy vermir uşaqları qucağımda aparmışam. Ördəklər getdi, toyuqlar getdi, hamısı getdi. Kəndçi nə saxlayar toyuq cücə. Mal-qaram yoxumdur saxlamağa yerim yoxdur, toyuq-cücə idi, hamısı getdi.

Vəziyyətlə əlaqədar müvafiq komissiya yaradılıb və hazırda fəsadların aradan qaldırması istiqamətində işlər görülsə də, Kor çayının sahilində yerləşən 30-a yaxın evin həyətyanı sahəsində su hələ də qalmaqdadır. Rövşən musayev onu da bildirib ki, ərazidə mütəmadi olaraq tədbirlər görülüb: “Orada bənd vurma işləri, qum tökülmüşdü, kisələrə yığılmışdı, bənd vurma işləri aparılmışdı. Lakin buna baxmayaraq çayın qarşısının açılması nəticəsində Kor çaydan su birbaşa kəndin içinə daxil olmuş və bəndi aşmışdı. Bunun nəticəsi olaraq çay ətrafı olan evlərdə, həyətyanı sahələri sel suları basmışdı. Təbii ki, bunların qarşısı alınmış, müəyyən formada suya axar verilmişdir və bizim tərəfimizdən mütəmadi olaraq tədbirlər görülmüşdür.” 

Rövşən musayev onu da bildirdi ki, subasmanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər davam etdirilir.

Tural Kərimov

Rövşən Əzimov

APA TV, Lənkəran

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR