Lənkəranda çaydan meyit tapıldı
Lənkəranda çayda naməlum qadın meyiti aşkarlanıb.
Yerli sakinlər Lənkərançayın Lənkəran rayonu Sütəmurdov kəndi ərazisindən keçən hissəsində naməlum qadın meyitinin olduğunu görüblər. Yaşlı qadının çaya düşməsi haqda hüquq-mühafizə orqanlarına məlumat verilib. Dərhal təcili yardım briqadası və FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.
Dalğıclar tərəfindən qadının meyiti sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Hazırda polis meyitin kimə məxsus olduğunu araşdırır. Ölən qadının 65-70 yaşlarında olduğu ehtimal edilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu