Lənkəranda əməliyyat: 12 nəfər tutuldu

# 12:44
12 yanvar 2022

Lənkəranda alət çantasının içindən 3 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, keçirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Girdəni kənd sakini Fariz Baxşiyev saxlanılıb. Onun üzərindən 2 kiloqram 805 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Digər əməliyyat zamanı daha 11 nəfər rayon sakini - Fərid Əskərov, Xalid Əskərov, Elsevər Məcidov, Habil Cabbarov, Fərrux Cəfərov, Seymur Zəkizadə, Ənvər Lələyev, Kamran Nuriyev, Niyaməddin Qasımov, Həbib Kələntərli və Emin Əliyev saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR