Lənkəranda karantini pozan kafe sahibi və müştəriləri cərimələndi
Lənkəranda karantin qaydalarını pozan kafe sahibi və müştərilər cərimələnib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonunun Bürcəli kəndində yerləşən “Xanbulan” kafesinin xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.
Obyektə baxış zamanı orada olan kafenin sahibi Həsən Salayev və 5 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslər şöbəyə gətirilib və barələrində protokol tərtib edilərək cərimə olunublar.
Tural Kərimov
Rövşən Əzimov
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi