Lənkəranda kənd məktəbinin şagirdlərinin sayı hər ötən gün azalır

# 18:15
7 fevral 2023

Vaxtilə 170 şagirdin təhsil aldığı Lənkəran rayonunun Sinovlu kənd məktəbində, indi şagird sayı 115 - ə düşüb. Səbəb isə məktəb binasının acınacaqlı vəziyyətidir.

 

Binanın tikintisində əsasən ağac materialından istifadə olunub. 45 il ərzində binada sadəcə kosmetik işlər aparılıb. İndi binanın arxa hissəsi uçmaq təhlükəsi ilə üz-üzədir.

 

Məktəb  binası elə vəziyyətdədir ki, valideynlər məcbur qalıb, övladlarını bu məktəbdən çıxarıb, yaxın kənd məktəblərinə göndərirlər.

Məktəbin hazırkı vəziyyəti valideynlər qədər müəllimləri də narahat edir.   

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev ilə əlaqə saxladıq. Elman Rzayev isə bildirdi ki, yaxın zamanlarda yeni məktəb binası tikiləcək.

 

Qeyd edək ki, məktəb binası sovxoz tərəfindən 1978 – ci ildə sovxozun daxili imkanları hesabına inşa olunub. Sonradan uyğunlaşdırılaraq məktəb binası kimi istifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR