Lənkəranda KÜTLƏVİ HƏBSLƏR: 16 nəfər tutuldu
Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. Onlardan ümumilikdə 11 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon sakini olan Möhübbət Quluzadə və 1 nəfər azyaşlı saxlanılıb. Onların hər ikisinin üzərindən narkotik vasitə olan marixuana aşkarlanıb. Onların marixuananı rayonun Nərimanabad qəsəbə sakini Habil Baxşıyevdən əldə edildiyi müəyyən edilib. Polisin keçirdiyi əməliyyatla saxlanılan Habil Baxşıyevin üzərindən və dəniz kənarındakı yarımçıq tikilidə gizlətdiyi yerdən 8 kiloqram 910 qram heroin və 2 kiloqram 100 qram marixuana aşkarlanaraq götürülüb.
Ümumilikdə isə Lənkəran polisinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son 10 gündə keçirdiyi əməliyyat tədbirləri zamanı 16 nəfər saxlanılıb. Onlardan hazır bükümlərdə qablaşdırılmış müxtəlif növ narkotik vasitələr aşkarlanaraq götürülüb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib