Lənkəranda məktəblilərin həyatı təhlükə altındadır

# 11:06
27 yanvar 2023

Lənkəran sakinləri şəhər 3 saylı tam orta məktəbin yaxınlığındakı yolda şagirdlərin təhlükəsizliyinin təmin olunmamasından şikayətçidir.

Sakinlər də müəllimlər də bildirir ki, məktəb bazara yaxın ərazidə yerləşdiyindən bazara gələnlər maşınları məktəb yolunda saxlayırlar. Bu isə digər maşınların hərəkəti üçün çətinlik yaradır. Maşın sıxlığı səbəbindən sürücülər qarşıdan keçən piyadalara diqqət edə bilmir.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən isə bildirildi ki, məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb.

Məsələ ilə əlaqədar DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, məktəbin qarşısından keçən həmin yol eyni zamanda Mərkəzi bazara bitişik olduğu üçün ərazidə əsasən günün birinci yarısında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu səbəbdən nəqliyyatın, eləcə də piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə günün bəlli saatlarında əraziyə əlavə yol patrul xidməti naryadları təhkim olunur. Bununla yanaşı vətəndaşların müraciəti əsasında qısa zamanda yolun həmin hissəsinə baxış keçiriləcək, ərazinin müayinəsi aparılacaq və məqsədəuyğun hesab edilərsə müvafiq yol nişanının qoyulması təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR