Lənkəranda piyadanın ölümü ilə nəticələnən qəza baş verib
Lənkəranda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Şağlaser kəndində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil 1964-cü il təvəllüdlü Ağaziyad Miryunus oğlu Əliyevi vurub. Minik avtomobilinin hələlik adı məlum olmayan sürücüsü piyadanı avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdıra bilməyib və xəsarət alan 57 yaşlı kişi yolda keçinib. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu