Lənkəranda qarlı hava çətinliklərə səbəb oldu
Qarlı hava şəraiti Lənkəranda bir sıra çətinliklərə yol açıb.
Qar əsasən rayon ərazisindəki yollarda problemlərə səbəb olub. Yollardakı buzlaşma səbəbindən sürücülər çətinliklərlə üzləşib.
Bəzi yaşayış məntəqələrində qar və yolların buzlaşması səbəbindən məktəblilər dərsə gedə bilməyib.
Qeyd edək ki , Lənkəran dağlıq və dağətəyi kəndlərində qarın qalınlığı 15-20 sm, şəhər və ətraf yaşayış məntəqələrində isə 5-8 sm təşkil edir.
Hazırda qarın yağması davam edir.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir