Lənkəranda qəzada 14 yaşlı yeniyetmə dünyasını dəyişib

# 19:34
30 may 2023

Lənkəranda minik avtomobili piyadanı vurub.

APA-nın cənub bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində qeydə alınıb. Lerik rayonunun Rvarud kənd sakini, 1974-cü il təvəllüdlü Ehram Firudin oğlu Muradov "Niva" markalı, 99-MK-990 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən, 2009-cu il təvəllüdlü Səpnəkəran kənd sakini Rəvayət Fərəcovanı vurub.

Xəsarət alan yeniyetmə ağır vəziyyətdə Lənkəran Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Rəvayət Fərəcovanın vəziyyəti ağır olduğundan Masallı rayonundakı özəl klinikalardan birinə göndərilib.

 

ELGİZ BAXŞƏLİYEV HƏKİM

 

14 yaşlı Rəvayət Fərəcova xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

 

İlkin Rzayev

Rövşən Almazoğlu

APA-tv Lənkəran

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR