Lənkəranda tələbəni görün kim öldürübmüş - APA TV

# 13:06
18 noyabr 2022

Prokurorluq Lənkəranda baş verən qətl barədə məlumat yayıb.

 

Lənkəran rayon prokurorluğundan APA TV-yə verilən məlumata görə, noyabrın 17-i saat 23 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Tosif Nəsirovun öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb.

 

Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İş üzrə istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR