Lənkəranda yanğın: ev və avtomobil yandı

# 17:12
16 fevral 2023

Lənkəranda yanğın olub.

 

Hadisə şəhərin Fizuli küçəsi 22 ünvanında qeydə alınıb. Mirəziz Mirbəşir oğlu Ağayevə məxsus evdə yanğın evin qaraj hissəsindən başlayıb. Qarajda olan “BMW” markalı avtomobil qəfil alovlanıb. Nəticədə avtomobil təmiri ustası 43 yaşlı Nazim İltifat oğlu Verdiyev yanıq xəsarətləri alıb.

 

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Nazim Verdiyevə sifətin birinci dərəcəli, sağ əlin bir-ikinci dərəcəli yanıqları diaqnozu qoyulub.

 

Hadisə yerinə FHN-nin 3 yanğınsöndürən maşını cəlb olunub. Evin fasad hissəsində yanar konstruksiyalar və dam örtüyü 20 kvadratmetr sahədə yanıb. Alovun yayılmasının qarşısı alınıb.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR