Lənkəranda yerləşən bu bazarda ancaq sitrus meyvələri almaq mümkündür

# 14:52
14 dekabr 2022

Lənkəranda 3 ildən artıqdır ki, yalnız sitrus meyvələrinin satıldığı bazar fəaliyyət göstərir.

 

Bu bazarda sitrus məhsullarının topdan və pərakəndə satışı həyata keçirilir. Lənkəran və Astara  fermerləri, eləcə də ailə təsərrüfatları yetişdirdikləri sitrus məhsullarını “Sitrus bazarı” adlanan bu yerdə satırlar.

 

Bazar nəzarətçisi Rahid Tağıyev deyir ki, bazarın satıcılar üçün üstün cəhəti odur ki, burada yalnız dayanacaq üçün pul ödəməli olurlar, bu ödənişin məbləği də maşınlara görə tənzimlənir.  Şəhid ailələri, qazilər üçün isə giriş pulsuzdur.

Bazarda respublikanın hər yerindən gələn alıcılara rast gəlmək mümkündür.Rayonlardan Lənkərana, sitrus meyvələri almağa gedən alıcılar deyirlər ki, əvvəllər məhsulu tapıb almaq üçün 2 – 3 gün vaxt gedirdi. Üstəlik kəndlərdən məhsulu baha alıb, baha qiymətə satmaq məcburiyyətində qalırdılar. Hazırda isə belə deyil.

Alıcılar qiymətdən razı qalsalar da,  bəzi satıcılar bu il qiymətin aşağı olduğunu bildirirlər. 

Burada məhsulun qiyməti bazara uyğun olaraq gündəlik dəyişilir. Bu il məhsul bol olduğuna görə ucuzluqdur.

 

Qeyd edək ki, bazar mövsümü olaraq, sitrus meyvələri başlayıb bitənə qədər işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR