Lənkəranda yük maşınında yanğın olub
Lənkəranda yük maşınında yanğın olub.
Hadisə Ələt-Astara magistralının 164-cü km-də baş verib.
İran İslam Respublikasının İsfahan şəhər sakini, 38 yaşlı Adidin Höccətullanın idarə etdiyi DAF markalı maşın Gürcüstan istiqamətində hərəkətdə olarkən maşının arxa təkərindən yanğın başlayıb. Hadisə yerinə FHN Lənkəran yanğından mühafizə hissəsinin iki maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınıb.
Qeyd edək ki, Abidin Höccətulla 25 tonluq mühərrik yağını Tiflis şəhərinə çatdırmalı olub.
DİGƏR XƏBƏRLƏR
Prezident “SABAH.city” şəhərciyinin birinci mərhələsinin açılışında iştirak etdi
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Düylün kənd tam orta məktəbinin 3 məzunu da bu il imtahanlarda yüksək nəticə göstərib