Lənkəranın Boladi kəndində su qıtlığı yaşanır

# 17:06
23 avqust 2022

Lənkəranın Boladi su qıtlığı yaşanır Lənkəran rayonunun ən böyük kəndlərindən biri olan Boladi kənd sakinləri susuzluqdan əziyyət çəkir. APA TV – nin cənub bürosunun verdiyi xəbərə görə, 10 minə yaxın əhalisi olan Boladi kəndinin sakinləri içməli suyu maşınlardan pulla alırlar. Ən acınacaqlısı odur ki, sakinlər təsərrüfatda da məhz bu sudan istifadə etmək məcburiyyətində qalıblar. Kənddə içməli su sistemi olmadığından, sakinlər həyətlərində quyu və ya artezian qazmağa məcbur olurlar. Quyulardan çıxan su da şor su olur. Şoran su da onlar üçün əlavə problemlər yaradır. Məsələ ilə bağlı Boladi kənd icra nümayəndəsi Nizami Hüseynovla əlaqə saxladıq. O şifahi olaraq müxbirimizə bildirib ki, Lənkəran rayonunun Boladi kəndinin əksər hissəsində suların duzluluğu normadan dəfələrlə çox olduğundan vətəndaşların içməli su ilə təminatında çətinliklər yaranır. Rayon ərazisində dövlət vəsaiti hesabına artezian quyuların qazılması nəzərdə tutulsa da suların duzlu olması ilə əlaqədar həmin ərazidə quyularının qazılması məqsədəmüvafiq sayılmır. Bununla bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən dəfələrlə mənbəyi Yuxarı Xanbulançay Hidroqovşağı olmaqla əraziyə su xətlərinin çəkilməsi barədə “Azərsu” ASC-yə və digər təşkilatlara məktublar göndərilib. Gələcəkdə kəndin içməli su ilə təminatının yaxşılaşdırılması üçün aidiyyəti orqanlar tərəfindən layihələndirmə istiqamətində işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR