Lənkəranın hayı gedib, vayı qalan məktəbi

# 17:43
17 mart 2022

Uçub dağılmaqda olan tavan, yararsız halda olan döşəmə, odun sobası ilə qızdırılan sinif  otaqları...

Bura 326 şagirdin təhsil aldığı, 56 müəllimin təlim-tərbiyə ilə məşğul olduğu Lənkəran rayonun Molla Fəttah Səhban adına Göyşaban kənd tam orta məktəbidir.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, 3 korpusdan ibarət olan məktəb binası 1960-cı ildə istifadəyə verilib. Yarım əsrdən çox vaxtda bir dəfə də təmir üzü görməyən məktəbin hayı gedib, vayı qalıb.

300 nəfərdən çox şagirdin təhsil aldığı məktəb 225 yerlikdir. Şagird çox, yerlər az, otaqların vəziyyəti də göz qabağında.

Qəzalı olan məktəblə bağlı üz tutduq Lənkəran Şəhər Təhsil Şöbəsinə. Təhsil Şöbəsindən APA TV-yə bildirildi ki, Göyşaban kənd tam orta məktəbi üçün yeni binanın tikilməsi nəzərdə tutulub.

Məktəbdə 18 dərs otağı var. Sakinlər və müəllimlər bildirir ki, hazırda sinif otaqlarının 11-də dərs keçmək mümkündür.

Tural Kərimov

Rövşən Əzimov

APA TV, Lənkəran

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR