Lerikdə baş verən yol qəzasında sürücü ölüb
Lerik rayonunda ölümlə nəticələnən ağır yol qəza hadisəsi baş verib. APA-nın Cənub bürosu xəbər verir ki, qəza axşam saatlarında Lerik rayonunun Günəşli kəndində qeydə alınıb. 1990-cı il təvəllüdlü Lənkəran sakini Ruslan Fərhad oğlu Kərimovun idarə etdiyi 10 LJ 164 dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı yük avtomobili idarəetmədən çıxıb. Bundan sonra avtomobil yol kənarındakı beton səthə çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu