Leyla Abdullayeva bu ölkəyə səfir təyin edildi - SƏRƏNCAMLAR

# 17:35
17 oktyabr 2022

Elçin Tələt oğlu Bağırov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

APA TV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Mahir Məmməd oğlu Əliyev isə dövlət başçısının sərəncamı ilə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 

Bundan başqa Tural Anar oğlu Rzayev də Azərbaycanın Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.

 

Prezidentin sərəncamı ilə Tural Rzayev Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Dövlət başçısının digər sərəncamı ilə Elxan Polux oğlu Poluxov ölkəmizin Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Fikrət Fərman oğlu Axundov da dövlət başçısının sərəncamı ilə Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda ölkəmizin Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

 

Dövlət başçısının digər sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycanın Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq ölkəmizin Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Prezidentin başqa bir sərəncamı ilə Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

İlqar Yusif oğlu Muxtarov isə ölkəmizin Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR