Liftdə qalan ana və övladı xilas olundu
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının liftində iki nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə APA-ya FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən liftin texniki nasazlıq səbəbindən doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində dayandığı və içərisində biri azyaşlı olmaqla iki nəfərin köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq xüsusi vasitələrlə vətəndaşları liftdən təhlükəsiz şəraitdə çıxararaq xilas ediblər.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib