“Lotu Quli”nin adamı güllələndi
Odessadakı bilyard klubunda bir nəfər güllələnib. Daha bir nəfər yaralanıb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə Milli Polisin Odessa vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Hadisənin “Arena” bilyard zalında baş verdiyi bildirilir. Güllələnən "Lotu Quli" kimi tanınan məşhur mərhum azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun adamlarından sayılan kriminal avtoritet Nazir Əliyevdir. Hadisəyə səbəb kimi cinayətkarların təsir dairələrini yenidən bölüşdürülməsi ilə izah edilir.
Hadisə nəticəsində iki nəfər güllə yarası alıb. Bir nəfər ölüb, digəri xəstəxanaya yerləşdirilib.
Yerli polisdən verilən məlumata görə, Nazir Əliyevi öldürən həmyerlisi saxlanılıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi