Lotu Qulinin qardaşı saxlanıldı

# 13:55
30 avqust 2022

Rusiyada Albert Rıjıy kimi tanınan “qanuni oğru” Əli Heydərovun qətlində şübhəli bilinən Rövşən Abbasov və Namiq Səlifov saxlanılıb.

 

APA TV xəbər verir ki, bu barədə məlumatı “REN TV” yayıb.

 

Xatırladaq ki, kriminal avtoritet Əli Heydərov ötən ilin aprelində Moskvada güllələnib. Polis elə həmin gün qətli törədən şəxsi saxlayıb.

 

Həmin şəxsin isə 32 yaşlı azərbaycanlı olduğu məlum olub. 

 

Qeyd edək ki, Namiq Səlifov kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) qardaşıdır. Nadir Səlifov 2020-ci ilin avqustunda Antalyada hotellərin birində başından güllələnərək qətlə yetirilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR