Lukaşenko Moskvada: Nələr müzakirə ediləcək?
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gedib.
APA TV xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Daha əvvəl Belarus Prezidentinin mətbuat xidməti bildirmişdi ki, Lukaşenko və Putin ikitərəfli münasibətlərin aktual məsələlərini, ittifaq əməkdaşlığının inkişafı, sanksiyaların təzyiqi altında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər.
Bildirilib ki, Belarus və Rusiya prezidentləri regiondakı və Ukraynadakı vəziyyəti də müzakirə edəcəklər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu