Lukaşenkodan Allahla bağlı qəribə açıqlama
Belarus Prezidenti Aleksandr Lukaşenko qəribə açıqlaması ilə diqqət çəkib.
APA TV xəbər verir ki, rusiyalı jurnalist Vladimir Solovyovun “Solovyov Live” yutub kanalı üçün verdiyi eksklüziv müsahibədə Lukaşenko Allahın belaruslu olduğunu deyib.
Jurnalistin “Yəni Allahın bu gün belaruslu olduğunu hesab edirsiniz?” sualına cavab verən Belarus Prezidenti bunları deyib: “Bəli, tək bu gün yox. O, məni 90-cı illərin ortalarında bu qarma-qarışıqlığa atdı, arada da öz köməkliyini göstərir”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu