Mağaza və dönərxana yandı
Sumqayıtda yanğın olub.
APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 61 m² olan bir dam altında tikilən obyektlərdən sahəsi 42 m² olan geyim mağazasının yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan sahəsi 19 m² olan dönərxananın lambirindən ibarət tavanı əriyib.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib