Mağazadan çörək aldı, içindən çıxanlar DƏHŞƏTƏ GƏTİRDİ
Müxtəlif vaxtlarda marketlərdən alınan çörəyin içindən tük, şüşə qırıntısı, mismar çıxması ilə bağlı xəbərlərlə, hətta görüntülərlə rastlaşmışıq. Bu dəfə isə Yasamalda yerləşən “Almarket” mağazalar şəbəkəsindən alınan çörəyin içindən bolt çıxıb, həm də qaykası ilə.
APA TV xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bildirilir ki, alınan çörək “Çörəkçi” zavodunun istehsalıdır.
Məsələ ilə bağlı araşdırma aparmaq və qarşı tərəfin də mövqeyini öyrənmək üçün üz tutduq Sumqayıt şəhərində yerləşən “Çörəkçi” zavoduna. Zavoddan bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılacaq və sabah bununla bağlı açıqlama veriləcək.
Mövzunu davam etdirəcəyik...
Nərmin Murad
Ramil Zeynallı
APA TV
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib