Manaf Ağayevin “Mercedes”i həqiqətən “həbs” olunub?

# 17:42
2 aprel 2022

Müğənni Manaf Ağayevin həbsdən sonra avtomobilinin hələ də özünə qaytarılmadığı iddia olunub.

APA TV-nin xəbərinə görə, bu barədə vəkil Adəm Məmmədov məlumat paylaşıb. Vəkilin sözlərinə görə, azad olunan ərazilərə icazəsiz keçdiyi üçün həbs olunan M.Ağayev cəzasını çəkib qurtarmasına baxmayaraq, ona məxsus "Mersedes" markalı avtomobil cərimə meydançasında saxlanılır.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən APA TV-yə bildirilib ki, vəkilin iddiaları əsassızdır: “Manaf Ağayevlə bağlı inzibati tənbeh tətbiqi ödənildikdən dərhal sonra avtomobil sahibinə qaytarılıb”.

Bəhs olunan mövzu ilə əlaqədar Manaf Ağayevin özü ilə əlaqə saxladıq. Sənətçi də APA TV-yə bildirdi ki, maşın həbsdən çıxar-çıxmaz özünə qaytarılıb.

 

Sənətçi APA-ya həbsdən çıxdıqdan sonra sözügedən avtomobilin yanında çəkdirdiyi fotonu da təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR