Manaf Ağayevin oğlu atasından danışdı
Müğənni Manaf Ağayevin həbs müddəti başa çatıb.
Bu barədə Lent.az-a müğənninin oğlu məlumat verib. 15 sutkalıq həbsi başa çatan Manaf Ağayev ötən gecə azadlığa buraxılıb.
İfaçının oğlu Müşfiq Ağayev Lent.az-a açıqlamasında atasının səhhətində heç bir problem olmadığını bildirib. “Atam evdədir, səhhəti ilə bağlı heç bir problemi yoxdur, özünü yaxşı hiss edir”, - deyə Müşfiq Ağayev bildirib.
Qeyd edək ki, Manaf Ağayev işğaldan azad edilmiş Füzuli rayonuna icazəsiz səfər etdiyi üçün fevralın 18-də məhkəmənin qərarı ilə 15 sutka həbs edilmişdi.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu