Mark Milley: "Finlandiya və İsveçin NATO-ya qoşulması Rusiyanı çətin hərbi vəziyyətə salacaq"
Finlandiya və İsveçin NATO-ya qoşulması Rusiyanı Baltik dənizində çətin hərbi vəziyyətə salacaq.
APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley isveçli həmkarı, İsveçin baş naziri və müdafiə naziri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Beləliklə, Rusiyanın nöqteyi-nəzərindən baxsaq, bu, hərbi baxımdan onlar üçün çox problemli və NATO üçün çox faydalı olacaq. Baltik dənizi çox strateji əhəmiyyətə malikdir, dünyanın ən böyük dəniz yollarından biridir", - Milley əlavə edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu