Marketdə dəhşətli yanğın
Ağdamda market yanıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb.
Kənd sakini Şahmarov Ramil Əhliman oğluna məxsus mağaza içindəki ərzaqlarla və avadanlıqla birgə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri çağırılıb. Alov söndürülüb. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib