Marketlər bizi necə aldadır? - Kartla ödəniş edirsənsə, boşqab alırsansa... – APA TV

# 11:35
15 sentyabr 2022

Çoxumuz marketə daxil olan kimi endirimli məhsullar axtarırıq. Bəzən də kassaya yaxınlaşanda görürük ki, endirimli məhsul adı ilə aldıqlarımızın qiyməti heç də endirilməyibmiş. Bəs bu market dələduzluğu nədən qaynaqlanır? Bu cür hallarla qarşılaşanda nə etməliyik?

 

Şəhərdə apardığımız sorğu zamanı müxtəlif fikirlər səsləndi. Bəziləri belə hallarla rastlaşdıqlarını amma, kassada bu məsələni həll etdiklərini deyir. Bəziləri isə deyir ki, bilə-bilə aldadırlar. Sakinlər belə halların daha çox super marketlərdə olduğunu bildirir.

 

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, hazırda alıcılar marketlərdə fərqli dələduzluqlarla qarşılaşırlar: “Bəzən skaner ilə oxunanda məhsulun qiyməti istehlakçının rəfdə gördüyü qiymətdən əksər hallarda çox çıxır.1-ci aldadılmalar başlayır endirim kompaniyalar ilə bütün dünyada ümumiyyətlə o cümlədən Azərbaycan da endirim əsas mahiyyəti ondan ibarətdir ki, istehlakçını bu yol ilə qapıdan içəri salsın. Marketin içərəsinə girəndən sonra ayrı bir hal başlayır. A) İstehlakçı məhsulu seçir deyirlər ki, xeyr endirim bu məhsula aid deyil. B) İstehlakçı endirimdə  məhsul alır aparır sonra görür ki, ölçüsü düz gəlmir onun tələbatını ödəmir qaytarmaq istəyəndə deyirlər xeyr sən bunu endirimdə almısan qaytarmırıq hansı ki, qanuna ziddir endirimdə də alınan mallar 14 gün müddətində əgər istifadə olunmayıbsa istehlakçının tələbatını ödəmirsə kassa çeki olmaq şərti ilə dəyişdirilə və qaytarıla bilər.”

 

Eyyub Hüseynov istehlakçıları, xüsusən də kartla ödəniş edən şəxsləri diqqətli olmağa çağırdı: “Mütləq kartla ödənişdən sonra kassa çekinə baxın telefonunuza gələn SMS xidmətinə baxın görün düz gəlir gəlmir. Heç vaxt biganə qalmayın bu məsələlərə.

Məsəlçün bir istehlakçı kimi şəxsən mənim özüm 1 ildə 1 marketdə hələ mənim gördüyüm qədəri ilə 100 manata qədər aldadılmışam və bilmişəm qaytartmışam o pulu bunu hesablasaq təxminən 500 milyon edir ümumi Azərbaycanlılarının aldadılması çox böyük bir rəqəm çıxır.”

 

Eyyub Hüseynovun sözlərinə görə, ən çox aldadılma halları qab-qacaq satışı zamanı baş verir: “Məsəlçün 20 dənə nəlbəki alıb onun 2-si qırıq olur, onları qoyurlar araya və istehlakçıya satırlar. Sonra istehlakçı gedir evə və heç kəs subut edə bilmir ki, bunu özü qırıb yoxsa elə idi. İstehlakçının bəyəndiyi malı büküb ayrı mal verir. Bu kimi hallar var. Məsəlçün aldadılmaların növlərindən biri tutaq ki, qabıqlı qoz alır onu vururlar qoz ləpəsinin qiyməti kimi, istehlakçı onu başa düşmür görür qoz yazılıbdır və yaxud az miqdarda almısan 50 manat artıq yazırlar xüsusən kartla ödəmədə baş verir”.

 

Marketinq mütəxəssisi Anar Rüstəmli isə deyir ki, bu cür dələduzluq faktları daha çox market şəbəkəsinin yox, mağaza menecerlərinin məsuliyyəti üzərində qurulur: “Bu halın əsas səbəbi baş ofisdən mağaza menecerlərinə gündəlik göndərilən qiymət cədvəllərinin yerlərinə oturmamağına görədir ki, baş ofisdən hər səhər bitən kompaniyaların və yaxud da qiyməti dəyişilən məhsulların siyahısı göndərilir, bu mağaza  menecerləri tərəfindən rəflərdə olan məhsulların üzərindəki qiymət dəyişir, buna görə də istifadəçilər artıq köhnə yox yeni qiymətlərlə məhsulları almağa başlayırlar bu hal sistemdə yerinə oturur, sistemlə bağlı problem yoxdur, çünki sistemdə qiymətlər dəyişilir ki, bu dəyişilən qiymətlər mağaza menecerlərinə göndərilir sadəcə onlar bu qiymətləri vaxtında dəyişmir, kompaniyası bitən məhsulun qiymətini dəyişmir, qiyməti dəyişilən artan və yaxud da düşən məhsulların qiymətini rəflərdə dəyişmirlər.”

 

Anar Rüstəmli onu da dedi ki, müştərilər rəfdə gördükləri qiyməti ödəməlidirlər. Əks halda alqı-satqıdan imtina etməlidirlər. Bundan başqa, bu cür hallarla rastlaşan şəxslərin 012 599 76 00 nömrəsi vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat vermələri tövsiyə edilir.

 

Aygün Carçıyeva,

Ceyhun Mustafayev,

Kamran Namazov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR