Marşrut avtobusu 85 yaşlı piyadanın üstündən keçdi, piyada öldü

# 19:48
30 aprel 2024

 

Marşrut avtobusu 85 yaşlı piyadanın üstündən keçdi, piyada öldü Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb. Lənkəran şəhəri ərazisində fəaliyyət göstərən "Dairəvi-1" marşrutu xətti üzrə hərəkət edən, Taleh Məhərrəmovun idarə etdiyi "PAZ" markalı avtobus 85 yaşlı İbrahim İbrahimovun üstündən keçib. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtobusun sürücüsü bildirir ki, maşın onun üstünə çıxdığı ana kimi piyada avtobusun qarşısında yıxılıb və başı asfalta dəyərək ölüb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Hadisənin hansı şəraitdə baş verdiyi, ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı araşdırma davam etdirilir. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Lənkəran

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR