Marşrutda insident - SƏRNİŞİN AVTOBUSUN ŞÜŞƏSİNİ QIRDI
Ötən gün 28 May - 9-cu Mikrorayon (Adil Məmmədov küçəsi) istiqamətində 85 saylı marşrut xətti üzrə hərəkət edən "İsuzu Citiport" markalı avtobusda sərnişinlərdən biri insident törədib.
APA TV xəbər verir ki, avtobusun Ziya Bünyadov prospekti 7A ünvanındakı dayanacaqda dayanmasından sonra orta və ya arxa qapıdan deyil, təkidlə ön qapıdan enən sərnişin sonra geri qayıdaraq nəqliyyat vasitəsinin ön şüşəsini yumruqla zərbə endirərək sındırıb.
Xuliqanlıq əməli ilə bağlı “Xaliq Faiqoğlu” şirkəti hüquq-mühafizə orqanlarına müraciət edib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib