Mart ayında neçə gün iş olmayacaq?
Mart ayında bayramlarla əlaqədar 10 gün iş olmayacaq.
APA-nın məlumatına görə, martın 8-i Qadınlar günü kimi qeyd olunur və Qadınlar günü iş günü hesab edilməyən bayramlardandır.
Nazirlər Kabineti tərəfindən təsdiqlənən müvafiq qərara əsasən isə 2023-cü il martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.
2023-cü ildə 18, 19 və 25, 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bu il Novruz bayramı ilə əlaqədar ardıcıl 9 gün iş olmayacaq.
Başqa sözlə, mart ayında bayramlarla əlaqədar 10 gün iş olmayacaq.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib