Masallı sakinindən silah götürüldü
Üzərində silah və narkotik gəzdirən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində odlu silah gəzdirməkdə şübhəli bilinən Masallı rayon sakini Cavid Bəyəliyev saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən yarım kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.
Həmçinin şəxsi axtarış zamanı Cavid Bəyəliyevin üzərindən qanunsuz olaraq saxladığı bir ədəd lüləsi kəsilmiş, 16 kalibrli təhlükəli tüfəng və bir ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Masallı
DİGƏR XƏBƏRLƏR
![15 İYUN MİLLİ QURTULUŞ GÜNÜ](https://apa.az/storage/apa-tv/news/2024/june/15/big/666d87684ffaf666d87684ffb01718454120666d87684ffad666d87684ffae.jpg)
15 İYUN MİLLİ QURTULUŞ GÜNÜ
![Qurban bayramı ərəfəsində mal bazarında vəziyyət necədir? - APA TV](https://apa.az/storage/apa-tv/news/2024/june/15/big/666d7b6729171666d7b67291721718451047666d7b672916f666d7b6729170.jpg)
Qurban bayramı ərəfəsində mal bazarında vəziyyət necədir? - APA TV
![Palçıq Vulkanları Kompleksindən reportaj - məşhur şirin skeleti də buradadır - APA TV](https://apa.az/storage/apa-tv/news/2024/june/15/big/666d65d1a5599666d65d1a559a1718445521666d65d1a5597666d65d1a5598.jpg)
Palçıq Vulkanları Kompleksindən reportaj - məşhur şirin skeleti də buradadır - APA TV
![Sumqayıtda sorğu: Bir manata nə almaq olar?](https://apa.az/storage/apa-tv/news/2024/june/14/big/666bf5fe1163d666bf5fe1163e1718351358666bf5fe1163b666bf5fe1163c.jpg)