Masallı sakinindən silah götürüldü

# 12:43
3 fevral 2022

Üzərində silah və narkotik gəzdirən şəxs saxlanılıb.

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində odlu silah gəzdirməkdə şübhəli bilinən Masallı rayon sakini Cavid Bəyəliyev saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən yarım kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

Həmçinin şəxsi axtarış zamanı Cavid Bəyəliyevin üzərindən qanunsuz olaraq saxladığı bir ədəd lüləsi kəsilmiş, 16 kalibrli təhlükəli tüfəng və bir ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Masallı

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR