Masallıda 84 yaşlı kişini avtomobil vurub

# 14:15
17 oktyabr 2022

Masallıda piyadanın ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosu xəbər verir ki, hadisə rayonun Ərkivan  qəsəbəsində qeydə alınıb. Samir Nurəliyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçmək istəyən 84 yaşlı  Nurəddin Bağırovu vurub. Dərhal sürücü yaralını Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Yaralıya ilkin tibbi yardım gösdərilib.  Xəstə reanimasiya şöbəsinə yerləşdirilib. 

 

Həkimlərin səyinə baxmayaraq Nurəddin Bağırovun həyatını xilas etmək mümkün olmayıb. 84 yaşlı kişi xəstəxanada dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı  Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

İlkin Rzayev

Rövşən Almazoğlu

APA-TV Masallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR