Masallıda baş verən yanğının lokallaşdırılması istiqamətində işlər davam etdirilir

# 07:19
26 avqust 2022

Bu gün günorta saatlarında, Masallı rayonunun Qəriblər kəndi ərazisində meşə yanğını başlayıb. APA – nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın Qəriblər meşəbəyi zolağına daxil olan, İsti – Su deyilən ərazidəki meşə zolağında qeydə alınıb. Alovlanma, kənd yaxınlığındakı seyrək ağaclıq ərazidən başlayıb. 112 qaynar xəttə daxil olan çağırışla əlaqədar Fövqəladə Hallar Nazirliyin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Əraziyə Masallı rayonundan 2, Göytəpə şəhərindən 1, Lənkəran cənub regional mərkəzindən 2, texnika cəlb olunub. Yanğının söndürülməsində, yanğından mühafizə xidmətinin əməkdaşları ilə yanaşı, meşə təsərrüfatı və bərpası işçiləri, yerli icra nümayəndələri, ümumilikdə 100 nəfərə yaxın canlı qüvvəsi öz səylərini göstərir. Meşə zolağının aşağı hissələrində alov lokallaşdırılıb. Qeyd edək ki, yanğın baş verən ərazi ilə sanatoriya arasında məsafə təqribən 1 km olsa da, orada istirahət edənlərin həyatları üçün heç bir təhlükə olmadığından, oradan heç kim təxliyyə edilməyib.Son məlumata görə yanğın 5 hektara yaxın meşə zolağını əhatə edib.Təqribən saat 19 radələrində, yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN - nin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub. Hazırda yanğının tam söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR