Masallıda bu kəndin sakinləri kəndə başqa kəndin ərazisindən girir
Masallı rayonunun Mololon kəndinin sakinləri uzun illərdir ki, yolla bağlı problemlər yaşayırlar. Bu kəndi Mahmudavar kəndi ilə birləşdirən 4 km-lik yol tamam dağılıb. Sakinlər məcbur qalıb Lənkəran rayonunun Zövlə kəndi ərazisindən istifadə edirlər. Bu da onlar üçün vaxt itkisidir.
Mahmudavar kənd bələdiyyəsinin sədri Kəmaləddin Ağayev deyir ki, Molalan kəndinin 600 əhalisi 110 təsərrüfatı var. Hal – hazırda sakinlər Molalan – Zövlə yolundan istifadə edirlər. Yolun asfalt olunması üçün aidiyyəti üzrə müraciət olunub.
Bələdiyyə sədri onu da bildirdi ki, yolun 2023 – cü ildə təmir olunması nəzərdə tutulub.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub