Masallıda bu kəndin sakinləri kəndə başqa kəndin ərazisindən girir

# 14:46
21 fevral 2023

Masallı rayonunun Mololon kəndinin sakinləri uzun illərdir ki, yolla bağlı problemlər yaşayırlar. Bu kəndi Mahmudavar kəndi ilə birləşdirən 4 km-lik yol tamam dağılıb. Sakinlər məcbur qalıb Lənkəran rayonunun Zövlə kəndi ərazisindən istifadə edirlər. Bu da onlar üçün vaxt itkisidir.    

 

Mahmudavar kənd bələdiyyəsinin sədri Kəmaləddin Ağayev deyir ki,  Molalan kəndinin 600 əhalisi 110 təsərrüfatı var. Hal – hazırda sakinlər  Molalan – Zövlə yolundan istifadə edirlər. Yolun asfalt olunması üçün aidiyyəti üzrə müraciət olunub.

 

Bələdiyyə sədri onu da bildirdi ki, yolun 2023 – cü ildə təmir olunması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR