Masallıda dezinfeksiya işləri həyata keçirilib

# 23:23
20 avqust 2021

Koronavirus infeksiyasına qarşı Masallıda dezinfeksiya işləri həyata keçirilib.

 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq Masallı Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfektorları tərəfindən profilaktik işlər davam etdirilir. Rayonun küçə və prospektləri kommunal texnikalar vasitəsilə yuyulub. Bundan başqa rayonun inzibati binaları, əhalinin daha çox istifadə etdiyi park və meydanlar da dezinfeksiya edilib. İşçilər müvafiq maska, xüsusi geyim və dezinfeksiyaedici dərmanlarla təmin olunub. 

 

 

Koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri rayon ərazisində mütəmadi olaraq davam etdiriləcək və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR