Masallıda it 47 yaşlı kişini parçalayıb öldürdü, 2 nəfəri yaraladı

# 15:11
25 fevral 2023

Masallıda iki it üç nəfərə hücum edib. Onlardan biri dünyasını dəyişib, digər iki nəfər isə mərkəzi xəstəxanaya çatdırılıb.

Hadisə Masallı rayonunun Viləş kəndi ərazisində baş verib. Viləş kənd sakini 47 yaşlı Ceyhun Fərəcov qoyun otarmaq üçün örüşə gedərkən iki itin hücumuna məruz qalıb. İtlər onun bədəninin müxtəlif nahiyələrindən dişləyiblər. Ceyhun Fərəcov aldığı xəsarətlərdən ölüb.

Sonra itlər Ceyhuna köməyə gedən Musa Kazımova hücüm ediblər. Bu zaman Musa tanışı Elməddinə zəng edib və itlərin hücumuna məruz qaldığını ona deyib. Sükan arxasında olan Elməddin maşını deyilən istiqamətə sürüb və əlində olan kiçik bıçaqla Musaya kömək etməyə çalışıb.

Hər iki yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.  Xəstəxananın poliklinika şöbəsindən bildirdilər ki, yaralılar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Ceyhun Fərəcovun ilkin ehtimala görə it dişləməsindən ölməsi, digər iki şəxsin isə it dişləməsi diaqnozu ilə xəstəxanaya daxil olması ilə bağlı müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR